Gədəbəy rayonunda 15 iyun-Milli Qurtuluş günü münasibətilə tədbir keçirildi
Əvvəlcə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov başda olmaqla tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə güllər düzərək, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. Tədbirdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd edib. Bildirilib ki, 23 il əvvəl xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoyub. Bu qayıdışdan sonra ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafı və möhkəmlənməsinə zəmin yaradıb. Ölkəmizi regionda söz sahibinə çevirib. Məhz Ulu Öndərin sağlam təməllər üzərində qurduğu siyasəti bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra Ulu Öndərə həsr olunmuş filim numayiş etdirildi və tədbir konsert proqramı ilə davam etdirildi.