Şriftin ölçüsü :

Saytın rəngi :

Qoşabulaq kənd tam orta məktəbinin açılış tədbiri olmuşdur

08 may 2013 | 15:00

07 may 2013-cü il tarixdə saat 14:30 –da Gədəbəy rayonunun  Qoşabulaq kəndində yeni  tikilmiş  180 şagird yerlik Qoşabulaq kənd tam orta məktəbinin açılış  tədbiri keçirilmişdir. Tədbirdə RİH başçısı Ramiz Yediyarov, Hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilatlarının  rəhbərləri, məktəb kollektivi və kənd ictimaiyyəti iştirak edirdi.  Tədbiri giriş sözü ilə Gədəbəy  rayon İcra Hakimiyyətinin  başçısı Ramiz  Yediyarov açaraq müəllim  və şagirdləri ürəkdən təbrik etmiş və onlara müasir üslubda tikilmiş yeni təhsil ocağında müvəffəqiyyətlər arzu etmişdir. Tədbirin sonunda  məktəbdə yaradılan şəraitlə bağlı rayon rəhbərliyinə məlumat verildi.

Keçidlər