Gədəbəy rayonu İcra hakimiyyəti başçısı yanında növbəti şura iclası keçirildi.
Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunun və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın İdarə müəsissə və təşkilatlarda icra vəziyyəti barədə Gədəbəy rayonu İcra hakimiyyəti başçısı yanında növbəti şura iclası keçirildi.
Şura iclasını giriş sözü ilə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov açaraq vətəndaşların müraciətlərinə baxılmasında və kargüzarlığın aparılmasında yol verilmiş nöqsanları qeyd etmiş və bu nöqsanların aradan qaldırılması üçün tapşırıq və tövsiyyələrini vermişdir.