Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Tolerantlıq və İslamafobiya” adlı layihəyə layihəyə start verdi.

03 iyun 2016 | 16:00

03 iyun 2016-cı il tarixində Gədəbəy rayonunda “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Tolerantlıq və İslamafobiya” adlı layihəyə layihəyə start verdi.
Tədbiri birliyin sədri Elçin Manafov giriş sözü ilə açaraq iştirakçıları ictimai birlik, həyata keçirilən layihənin donoru və layihə barədə ətraflı məlumat verib.
O bildirdi ki, bugün ölkəmizdə bütün dinlərin və millətlərin nümayəndələri mehriban, sərbəst şəkildə yaşayırlar. Ölkədə 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. 743-cü ildə tikilmiş Şamaxı məscidi keçən il ölkə başçısı tərəfindən əsaslı təmir və bərpa edilərək xalqın istifadəsinə verildi. Əgər müstəqillikdən əvvəl ölkədə 300-ə yaxın məscid var idisə, bugün 3366 məscid var. Bütün bunlar ölkədə hökm sürən tolerantlığın bariz nümunəsidir. .
Daha sonra ilahiyyatçı ekspert Müşfiq Nəcəfov iştirakçılara: Tolerantlıq nədir?, İslamafobiya nədir? Dövlət-din münasibətlərində vətəndaşların rolu nədən ibarətdir? Kimi mövzularda çıxışlar elədi.
Tədbirdə RİH-nümayəndələri, hüquq-mühafizə orqanları, rayon ziyalıları, dini icma nümayəndələri və gənclər iştirak edirdi.
Tədbir diskussiya və müzakirə şəraitində keçib. İştirakçılarını maraqlandıran suallar cavablandırılıb və sonda xatirə şəkilləri çəkdirilib.
 

Keçidlər