Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman Elmira Süleymanova tərəfindən ictimai dinləmə keçirilmişdir.

08 iyun 2016 | 16:00

 Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı Ombudsman Elmira Süleymanova tərəfindən Gədəbəy  rayonunda  ictimai dinləmə keçirilmişdir.

İctimai dinləmə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, dövlət qurumlarının, bələdiyyələrin, habelə icmaların, o cümlədən milli azlıqların nümayəndələrinin, geniş ictimaiyyətin, QHT-lərin və KİV-in təmsilçilərinin, fəal qadınların və gənclərin iştirakı ilə  təşkil olunmuşdur.
İlk öncə Müvəkkil və rayon icra hakimiyyətinin başçısı Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, Ulu öndərin heykəli önünə tər çiçəklər qoymuşlar.

 

Keçidlər