Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonu Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisinə başlandı.

27 may 2016 | 16:00

Gədəbəy rayonu Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisinə başlandı. Azərbaycan Respulikasının Prezidenti Cənab İlham Əliyevin 13 may 2016-cı il tarixlı sərəncamına əsasən yeddi min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Gədəbəy rayonunun Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 2,5 milyon (iki milyon beş yüz min) manat ayrılmışdır.   27 may 2016-cı il tarixədə     Gədəbəy rayon İcra Hakimiyyətinin iştirakı ilə  Novosaratovka kəndində yuxarıda göstərilən avtomobil yolunun tikintisinə başlanması münasibətilə tədbir keçirildi.Tədbirə toplaşan kənd sakinləri ölkə prezidenti cənab İlham Əliyevə öz minnatarlığını bildirdilər. 

Keçidlər