Gədəbəy rayonunda “Vətənin müdafiəsinə hazıram” mövzusunda tədbir keçirildi.
05 may 2016 | 16:00
05 may 2016-cı il tarixdə Gədəbəy rayonuda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkil etdikləri “Vətənin müdafiəsinə hazıram” mövzusunda kütləvi tədbir keçirildi. Tədbirdə Gədəbəy rayon İcra Hakimiyyətinin Başçısı Ramiz Yediyarov, İçtimaət nümayəndələri və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general mayor Novruzəli Orucov, şöbə rəisi polkovnik Rasim Şirinov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Silahı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli iştirak edirdilər.