Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir

08 may 2013 | 15:00

07 may 2013-cü il tarixdə saat 10:30-da Gədəbəy rayonu  Mədəniyyət Evində  Azərbaycan dövlətinin qurucusu və memarı olan Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi  ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov çıxış edərək görkəmli dövlət xadimi Heydər Əliyevin dövlət  və milləti  üçün  misilsiz xidmətlərindən  danışdı. Buna görə də bu gün müstəqil Azərbaycan özünün sürətli inkişaf dövrünü yaşayır. Heydər Əliyev dünya miqyasında tanınan siyasətçi, müstəqil Azərbaycan dövlətinin qurucusu, milli-mənəvi dəyərlərin müdafiəçisi olub. Məhz ulu öndərin uğurlu siyasəti nəticəsində Azərbaycan bir sıra uğurlu layihələrə imza atıb. Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan bu gün inkişafının yeni mərhələsini yaşayır. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Şuşa Dövlət Musiqili Dram Teatrının iştirakı ilə Heydər Əliyevin 90 illiyinə həsr olunmuş,  Xalq şairi Zəlmixan Yaqubun BÖYÜK ÖMRÜN DASTANI adlı  musiqili əbədi –bədii kompozisiya keçirilmişdir.

Keçidlər