Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda 2016-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirildi

13 aprel 2016 | 16:00

Tədbirdə Gədəbəy rayonu İcra hakimiyyərinin başçısı cənab Ramiz Yediyarov, rayonun hüqüquq mühafizə orqanlarının rəhbərləri, idarə müəssisə, təşkilat  rəhbərləri İƏD üzrə nümayəndəliklər, bələdiyyələr və sahibkarlar   iştirak edirdi.
RİH başçısı çıxış edərək bildirdi ki, 2016-cı ilin birinci rübü ərzində Gədəbəy rayonunun inkişafı və sosial infrastrukturun yaradılması istiqamətində rayonda abadlıq və quruculuq işləri davam etdirilir.Hal-hazırda Gədəbəy şəhərinin mərkəzində yeni istirahət parkının, Gədəbəy Elektrik Şəbəkəsinin yeni inzibati binasının və Novosaratovka kəndinə 100 yerlik uşaq bağçasının tikintisi davam etdirilir, şəhər ərazisində “Xeyir-şər” evinin tikintisinə və çoxmənzilli kommunal binaların cari təmrinə başlanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Gədəbəy rayonunun inkişafını təmin edən 17 tədbirin icrası istiqamətində işlər həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında rayon icra hakimiyyətlərinin müvafiq ərazilərdə iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, keçirilən tenderlərdə şəffaflığın təmin olunması, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması,kənd təsərrüfatında islahatların genişləndirilməsi, yerli infrastruktur layihələrinin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı əməli tədbirlərin görülməsi istiqamətində tapşırıqlarının icrasına Gədəbəy rayonunda başlanılmışıdr.
Bu məqsədlə Gədəbəy RİH Başçısının 05 fevral 2016-cı il tarixli Sərancamı ilə Qərargah yaradılmış, rayonun iqtisadi potensialından və yerli resurslardan maksimum səmərə ilə istifadə etməklə yeni istehsal sahələrinin və iş yerlərinin yaradılması, mövcud istehsal və xidmət sahələrinin genişləndirilməsi və əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlı bu prosesdə fəal iştirak etmələri məqsədilə 24 fevral 2016-cı il tarixdə yerli iş adamları və sahibkarlarla görüş keçirilmişdir.Görüşdə kartofçuluğun, heyvandarlığın inkişaf etdirilməsi, mineral süfrə suları istehsalının daha da genişləndirlməsi və rayonun iqtisadi xüsusiyyətlərinə xas olan sahələrdə iş görülməsi ilə bağlı təkliflər geniş müzakirə olunmuşdur.
Cənab Prezident İlham Əliyev tərəfindən son dövrlərdə sahibkarlığın inkişafına təkan verən hüquqi normativ aktların qəbul edilməsi və bu aktlardan irəli gələn məsələlərin rayonda icrasına başlanılması rayonda yerli iş adamları tərəfindən iş yerlərinin yaradılmasına və investisiyaların məhz öz rayonlarına qoymalarına həvəsləndirmişdir. Belə ki, 2016-cı ilin birinci rübü ərzində Zəhmətkənd kəndində “Gədəbəy mineral sular” MMC-nin ən müasir texnologiya ilə təchuz edimiş limonad istehsal edən ikinci istehsal sahəsi (20 nəfər işlə təmin olunub, əlavə olaraq 20 nəfərin işlə təmin ediləcəyi nəzərdə tutulur), Şınıx zonasında “Eldar” firmasına məxsus yanacaqdoldurma məntəqəsinin (4 iş yeri), Arıqdam kəndində hal hazırda 4 nəfərin işlədiyi “Anar” MMC-yə məxsus  yeni bazar kompleksində (75 iş yerinin açılması nəzərdə tutulur), Qaraməmmədli kəndində (5 iş yeri) xidmət obyektinin yaradılması istiqamətində işlər başa çatmışdır. Bununla bağlı 10480,0 min manat investisiya cəlb olunmuşdur.
Gədəbəy şəhərində çörək və şirniyyat bişirmə müəssisəsinin (15 iş yeri), Slavyanka kəndində “Eldar” firmasına məxsus  yanacaqdoldurma məntəqəsinin (5 iş yeri), istirahət kompleksinin (50 iş yeri), Zəhmətkənd kəndində bir-neçə profil üzrə əhaliyə xidmət edə bilən sahibkarlıq subyektinin (7 iş yeri) və  Maarif kəndində “Kiçik Qafqaz” MMC-yə məxsus süfrə suları istehsalı müəssisəsinin (30 iş yeri) tikintisinə başlanılmışdır.
Ümumilikdə müxtəlif profillər üzrə istehsal və xidmət sahələrinin yaradılması ilə bağlı müraciət edən fiziki və hüquqi şəxslərin fəaliyyətinə təkan verilməsi, yerli icra hakimiyyətlərinin qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində əməli və hüquqi koməkliklərin göstərilməsi isitiqamətində fəaliyyətimizi davam etdiririk.

Keçidlər