05 aprel 2016-cı il tarixdə Gədəbəy rayonu Samanlıq kəndinə mavi qazın verilişi münasibətilə tədbir keçirilmişdir.
05 aprel 2016 | 16:00
Tədbirdə Gədəbəy rayon İcra hakimiyyətinin Başçısı Ramiz Yediyarov , Regional Qaz İstismarı idarəsinin rəisi Oqtay Qarayev, Hüquq mühafizə orqanlarının və rayonun idarə, müəssisə təşkilat rəhbərləri iştirak etmişlər.
212 abonenti olan kəndin birpilləli sistem əsasında qazlaşdırılması zamanı 18 min 34 metrlik müxtəlif diametrli metal borulardan istifadə olunub, daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.