Dövlət başçısı cənab İlham Əliyevin Prezidentin yanında Təhlükəsizlik Şurasının iclasında verdiyi tapşırıqlarda irəli gələn məsələlərə həsr olunmuş tədbir keçirildi
Dövlət başçısı cənab İlham Əliyevin Prezidentin yanında Təhlükəsizlik Şurasının iclasında verdiyi tapşırıqların icrası, Azərbaycan Ordusuna dəstək ruhunda ağsaqqalların, Böyük Vətən və Qarabağ müharibəsi veteranlarının, gənclərinin və ictimaiyyətin iştirakı ilə ümumrayon toplantısı keçirildi.
Tədbiri Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yedyarov giriş nitqi ilə açaraq son günlər cəbhə bölgəsində gedən döyüşlər barədə məlumat verdi.
Öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra RİH başçısı bildirdi ki, bir neçə gündür ki, Qarabağ cəbhəsində gərgin döyüşlər başlayıb. Ordumuz düşmən təxribatlarına layiqli cavab verərək bir neçə strateji yüksəkliyi və kəndi işğaldan azad edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğal altında olan ərazilərimizin azad edilməsi istiqamətindəki gərgin və səmərəli fəaliyyəti artıq öz bəhrəsini verməkdədir və bütün Azərbaycan xalqı cənab Prezidentin bu səylərini qətiyyətlə dəstəkləyir. Bu gün də ölkəmizdə ordu quruculuğu prosesi uğurla davam etdirilir və Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur.
Böyük izdihamla keçən tədbirdə Azərbaycan ordusu, Ali Baş Komandan və Qarabağla bağlı şüarlar səsləndirildi, ordumuzun əldə etdiyi qələbələr tədbir iştirakçıları tərəfindən dəfələrlə sürəkli alqışlandı.