Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə Gədəbəy rayonu Aşıq məktəbində tədbir keçirilmişdir.

07 mart 2016 | 16:00

Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən  elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan qadınların iştirakı ilə keçirilən tədbiri  Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov   açaraq,  iştirakçıları   bayram münasibəti ilə təbrik edib və bildirib ki, “Azərbaycan qadını həm həkim, həm müəllim, həm memar, həm dövlət qulluqçusu, həm hərbiçi, həm ictimai-siyasi xadim, həm də qayğıkeş bir ana, vəfalı həyat yoldaşıdır. Respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir. Rayonun təhsil, səhiyyə, mədəniyyət, elm və digər sahələrində çalışan qadınlarımız  öz bilik və bacarıqları, işgüzarlıqları və rayonun ictimai-siyasi həyatındakı fəaliyyətləri ilə hər zaman seçilmiş, onların fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir.
Ramiz Yediyarov rayonun bütün qadınlarını 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirdə iştirak edən qadınlara rayon İcra Hakimiyyətinin hədiyyələri  və Fəxri Fərmanlar təqdim olunub.
Tədbir konsert proqramı  ilə başa çatıb.

Keçidlər