“1 Mart - Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar Gədəbəy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Akademik Zərifə Əliyeva adına Mərkəzi Rayon xəstəxanasında təlim keçirilmişdir.
Təlimdə Gədəbəy Rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Elxan Vəliyev, Azərbaycan Respublikası FHN Dövlət Yanğından Mühafizə Xidməti Gədəbəy rayon Dövlət Yanğından Mühafizə hissəsinin rəisi, polkovnik-leytenant Qalib Qarayev, Gədəbəy rayon Dövlət Yanğından Mühafizə hissəsi və Akademik Zərifə Əliyeva adına Mərkəzi rayon xəstəxanasının kollektivi iştirak etmişdir. Xəstəxanada keçirilən təlimin nəzəri hissəsində Mülki müdafiənin tarixi və əhəmiyyəti haqqında ümumi maarifləndirici söhbətlər aparılıb, fövqəladə hallar zamanı istifadə olunan avadanlıqlar nümayiş etdirilib. Daha sonra şərti xəbərdarlıq siqnalı ilə “yanğın” həyəcanı elan olunub. İşçilərin yanğın zamanı təhlükəli zonadan təxliyə olunma qaydalarını, yaralanmış şəxslərin xilas edilməsi və ilkin təcili tibbi yardım üsulları nümayiş olunmuşdur. Təlimin keçirilməsinə yanğınsöndürənlər və təcili tibbi yardım heyəti cəlb olunmuşdur. Təlim uğurla başa çatmışdır.