“Xocalı Soyqırımı”nın anım günü münasibətilə tədbir keçirildi
26 fevral 2016 | 16:00
26 fevral tarixində Gədəbəy rayonu İcra hakimiyyəti başçısı aparatında “Xocalı Soyqırımı”nın anım günü münasibətilə tədbir keçirildi.
Tədbirdə Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısı cənab Ramiz Yediyarov və aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri də iştirak edirdilər. İlk öncə Xocalı şəhərində baş vermiş soyqırımda dünyasını dəyişən həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Xocalıda baş vermiş qətliamda törədilən ağır cinayətlərdən və erməni vəhşiliyi nəticəsində xüsusi amansızlıqla qətlə yetirilən Xocalı şəhərinin sakinlərinin başlarına gətirilən müsibətlərdən danışıldı.