Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun sahibkarlarla növbəti görüşü oldu

24 fevral 2016 | 16:00

Görüşü giriş sözü ilə açan İcra başçısı dünyada baş verən iqtisadi böhranın Azərbaycandan da yan keçmədiyini vurğulayaraq, Prezident İlham Əliyevin həyata keçirdiyi anti-böhran tədbirlərindən ətraflı danışıb, bildirib ki, süni qiymət artımının qarşısının qətiyyətlə alındığını, bu sahədə qarşıya çıxan problemlərin tamamilə aradan qaldırıldığını diqqətə çatdırıb. Qeyd edilib ki, ölkəmizdə orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyi, yerlədə sahibkarlığın inkişafı üçün süni maneələrin aradan qaldırılması, sahibkarlığın inkişafına hərtərəfli şəraitin və imkanın yaraldılması gədəbəyli sahibkarlar tərəfindən də rəğbətlə qarşılanır. Sahibkarlığa Kömək Milli Fondunun vəsaitindən bəhrələnməli, ondan düzgün istifadə edilməli, ixrac potensialını artırmalı, idxaldan asılılıq minimuma endirIlməlidir.
Diqqətə çatdıırıb ki, ərzaq təhlükəsizliyini təmin etmək üçün kənd təsərrrüfatını inkişaf etdirmək olduqca vacibdir:
"Gədəbəydə sahibkarlığın inkişafı prioritet vəzifələrdəndir. Bu sahədə çox keyfiyyətli Azərbaycan brendi yaratmaq üçün bazarı genişləndirmək vacibdir. Rayonda kartofçuluğun, heyvandarlığın, taxılçılığın inkişafı da ən ümdə vəzifələrdəndir. İstehsal olunmuş məhsulların alınmasından ötrü tədarük məntəqələrinin, emal müəssisələrinin fəaliyyəti günün tələblərinə cavab verməlidir. Yeni sənaye zonalarının yaradılması, xammalın istehsalının artırılması, nəticədə dövlət büdcəsindən asılılıq aradan qaldırılmalıdır".
Ramiz Yediyarov xüsusi vurğulayıb ki, rayonumuzun əkinəyararlı torpaqlarından səmərəli istifadə edilməlidir:  İcra başçısı çıxışını Prezident İlham Əliyevin aşağıdakı sözləri ilə yekunlaşdırıb: "Mən istəyirəm ki, Azərbaycanda bir nəfər də işsiz olmasın!” Bu istiqamətdə Gədəbəydə yeni iş yerləri yaradılır, müəssisələr fəaliyyətini günün tələbləri səviyyəsində qururlar. Gədəbəyli sahibkarlar ölkəmizin, o cümlədən rayonumuzun inkişafına öz töhfələrini verməlidirlər".
Sonra Gədəbəy RİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüsal Musayev  məruzə edərək Gədəbəydə sahibkarlığın vəziyyəti və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Sonra sahibkar və fermerlər çıxış edərək bir sıra təkliflər irəli sürdülər, rəy və mülahizələrini bildiriblər. 3 saata yaxın davam edən, açıq diskussiya və dialoq şəklində keçən görüşü yekunlaşdıran İcra baçısı Ramiz  Yediyarov  sonda tapşırıq və tövsiyələrini verib.

Keçidlər