Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda RİH başçısının növbəti səyyar qəbulu rayonun Miskinli kənd İƏD üzrə nümayəndəliyin ərazisində keçirilmişdir.

23 fevral 2016 | 16:00

Əhalini düşündürən problemlərin yerindəcə araşdırılması və həlli ilə bağlı operativ tədbirlərin görülməsi məqsədilə Gədəbəy Rayonu İcra Hakimiyyəti başçısının yerlərdə səyyar qəbul-görüşləri davam etdirilir. İcra başçısının növbəti səyyar qəbulu 23 fevral 2016-cı il tarixdə  rayonun Miskinli kəndində keçirilib.
Görüşdə İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov  sakinlərlə görüşüb,  onların problemləri ilə maraqlanıb. 
Görüşdə Rayon İcra Hakimiyyətinin Miskinli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Rauf Sadıqov çıxış edərək,  Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dinamik inkişaf kursu hesabına ölkənin hər yerində olduğu kimi Gədəbəy rayonunda da geniş miqyaslı abadlıq-quruculuq işləri aparıldığını  bildirib. O,  əhəmiyyətli sosial layihələrin icrasının davam etdirildiyini, infrastrukturun yaxşılaşdığını qeyd edərək, yaşadıqları Miskinli kəndinin də bu inkişafdan bəhrələndiyini, kənddə bir sıra zəruri abadlıq işlərinin görüldüyünü vurğulayıb.
Daha sonra Miskinli kənd sakinləri, Aydın Bağırov, Musa İsmayılov, İslam Əkbərov, Rauf Əliyev və başqaları  çıxış edərək ölkə başçısının həyata keçirdiyi islahatlar kursunu tamamilə dəstəklədiklərini və müdafiə etdiklərini bildirdilər.
Çıxış edənlər kənddə mövcud olan bəzi problemlərin həlli ilə bağlı təkliflər də irəli sürüblər.
RİH başçısı verilən təklifləri və fərdi müraciətləri dinləyərək, onların həlli ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.  O, həmçinin Ümummilli lider Heydər Əliyevin siyasi kursunu böyük uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyması, bütün sahələrdə müsbət göstəricilərə imza atmasından danışdı. Dövlət başçısının "Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır" prinsipinə uyğun olaraq, Azərbaycanda sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrildiyini bildirdi. Ramiz Yediyarov  onu da qeyd etdi ki, 2015-ci il dünyada böhran ili kimi tarixə düşsə də, Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olub: "Bütün sahələrdə dinamik inkişaf davam edib. Dünyada baş verən iqtisadi böhrana baxmayaraq, əhalinin həyat şəraitinin yaxşılaşmasında mühüm əhəmiyyəti olan heç bir sosial layihənin icrası dayanmayıb, əksinə daha da sürətlənib. Neftin qiymətinin dünya bazarında bir neçə dəfə ucuzlaşmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatında yenə də artım əldə olunub".

Keçidlər