Şriftin ölçüsü :

Saytın rəngi :

11 fevral 2016-cı il tarixdə Gədəbəy rayonu İcra Hakimiyyəti başçısının 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.

11 fevral 2016 | 16:00

Gədəbəy rayonu İcra Hakimiyyəti başçısının 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş hesabat iclası keçirildi.
İclasda Gədəbəy  rayonu İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Əlibaba  Əliyev,  Millət vəkili Sevinc Hüseynova, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndələri, bələdiyyələr və sahibkarlar iştirak edirdilər.
Hesabat yığıncağına başlamazdan öncə rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov və qonaqlar  Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildirdilər.
Tədbirdə Gədəbəy rayonu  İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov hesabat məruzəsi ilə çıxış edərək, 2015-ci ilin bütün respublikamızda olduğu kimi Gədəbəy rayonunda da  uğurlu göstəricilərlə yada qaldığını vurğuladı. Qeyd etdi ki, yola saldığımız 2015-ci il bütün sahələrdə inkişafla, iqtisadi artımla müşayiət olunmuş, əhalimizin həyat səviyyəsi yüksəlmiş, uğurlarımız artmışdır. 2015-ci ildə Gədəbəy rayonunda bütün sahələrdə inkişaf, tərəqqi əldə edilmiş, qarşıya qoyulmuş məqsədlərə nail olunmuşdur. Bütün bunlar ölkə Prezidenti cənab İlham Əliyevin Gədəbəyə və gədəbəylilərə  göstərdiyi diqqət və qayğının ifadəsi kimi olduqca qiymətlidir. RİH başçısı R. Yediyarov 2015-ci ildə bütün dünyanın, həm də gədəbəylilərin həyatında silinməz izlər qoymuş Birinci Avropa Oyunları barədə danışdı və Gədəbəy rayonunda  keçirilmiş  möhtəşəm “Alov” festivalını da qeyd etdi.
RİH başçısı R.Yediyarov rayonun 2015-ci il üçün iqtisadi göstəriciləri barədə geniş məlumat vermiş, kənd təsərrüfatı, sənaye, tikinti, quruculuq, rabitə və digər sahələrdə əldə olunan nailiyyətlərdən, mövcud nöqsanlardan danışdı və  aidiyyəti xidmət təşkilatlarına yol verdikləri nöqsanlardan nəticə çıxarmalarını tələb etdi. Sonra RİH başçısı Ramiz Yedoyarov yanvarın 10-da Nazirlər Kabinetinin iclasında və yanvarın 26-da Prezident cənab İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdan irəli gələn məsələlər barədə bəhs etdi, tapşırıqların icrası istiqamətində rayonda görülən işlər və qarşıda duran vəzifələrdən danışdı.
Hesabat yığıncağında Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Əlibaba  Əliyev,  Millət vəkili Sevinc Hüseynova da çıxış edərək “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Prezident cənab İlham Əliyev tərəfindən qaldırılan məsələlər, onların həlli yolları barədə məlumat verdilər.
Sonra xidmət təşkilatlarının 2015-ci il üçün fəaliyyətlərinə dair hesabatları dinlənildi rəy və təkliflər irəli sürüldü. Müzakirələr zamanı Gədəbəy  rayonu ərazisində sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, rayona sərmayələrin cəlb edilməsini təmin etmək məqsədilə rayonda sənaye məhsullarının, iri taxılçılıq təsərrüfatlarının yaradılması, banklar tərəfindən güzəştli kreditlərin verilməsi, rayonda Gənclər evi və İdman kompleksinin inşa edilməsi təklif olundu. Qaldırılan rəy və təkliflərin ümumiləşdirilərək həlli üçün aidiyyəti orqanlara müraciət olunması qərara alındı.
Daha sonra hesabat yığıncağının qərarı oxunmuş, yığıncaq iştirakçıları adından Prezident cənab İlham Əliyevə müraciət qəbul olundu.
RİH başçısı Ramiz Yediyarov sonda aqrar sektorda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan naliyyətlərdən danışdı, uğurlarla yanaşı mövcud problemləri də qeyd etdi, 2016-cı ildə qarşıda duran vəzifələr müəyyənləşdirildi.

Keçidlər