Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Gənclər və İdman naziri Azad Rəhimov fevralın 9-da Gədəbəy rayonunda ictimaiyyət nümayəndələri və rayon fəalları ilə görüşüb.

09 fevral 2016 | 16:00

Tədbirdə Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısı cənab Ramiz Yediyarov, Millət vəkilləri Sevinc Hüseynova və Rafiq Məmmədhəsənov, rayon hüquq-mühafizə orqanları rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər və kənd İƏD üzrə nümayəndəlikləri, bələdiyyələr, ictimaiyyət nümayəndələri və gənclər iştirak edirdilər.
Tədbirdən öncə qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidə kompleksini ziyarət etdilər. Daha sonra tədbir rayon mədəniyyət mərkəzində davam etdirildi. Tədbirdə RİH başçısı cənab Ramiz Yediyarov çıxış edərək, rayonda görülən işlər və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verdi. O bildirdi ki, ölkə Prezidentinin regionların sosial-iqtisadi inkişafına göstərdiyi böyük diqqət və qayğı nəticəsində Respublikamızda, o cümlədən Gədəbəy rayonunda da  geniş tikinti-quruculuq işləri aparılır, ucqar dağ kəndlərinə yollar və təbii qaz xətləri çəkilir, yeni körpülər inşa olunur.
Görüşdə Gənclər və İdman Naziri Azad Rəhimov çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən, ölkənin inkişafına və modernləşdirilməsinə hədəflənmiş səmərəli dövlətçilik siyasəti nəticəsində ciddi uğurlar qazanılıb. Bu uğurların təməlində düşünülmüş siyasət dayanır. 1990-cı illərdəki Azərbaycanla bugünkü ölkəmizi geniş müqayisə edən A.Rəhimov bildirib ki, bu gün azərbaycanlıların imici çox yüksək səviyyədədir və Azərbaycan özünə əmin olan, müstəqil siyasət yürüdən və dünya miqyasında tanınan dövlətdir. Bu gün ölkəmizdə həyata keçirilən məqsədyönlü daxili siyasət nəticəsində artıq 10 ilə yaxındır ki, neftdən asılılıq ən aşağı həddədir. Ötən illərdə qeyri neft sektorunun inkşafı bu gün ölkəmizdə sosial layihələri davam etdirməyə imkan verir.
Nazir, həmçinin Gədəbəydə həyata keçirilən tikinti-quruculuq işlərini, sosial layihələri yüksək qiymətləndirib və Gədəbəy rayonunda da digər rayonlarımızda olduğu kimi Gənclər evinin inşa edilməsinin nəzərdə tutulduğunu da qeyd etdi. 
İctimaiyyətlə görüşdə rayon sakinlərinin təklif və müraciətləri də dinlənilib. Sonda tədbir iştirakçıları, xüsusən də sahibkarlar regionlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər