Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Gədəbəy rayonunda 02 fevral “ Gənclər Günü” münasibəti ilə dəyirmi masa yığıncağı keçirilmişdir.

02 fevral 2016 | 16:00

Tədbiri giriş sözü ilə Gədəbəy rayonu İcra hakimiyyəti başçısı cənab Ramiz Yediyarov açaraq əvvəlcə təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan gənclərimizin ən sevimli günlərindən biri olan Azərbaycan gəncləri günü münasibəti ilə bütün gəncləri təbrik etdi. O, qeyd etdi ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub. Bu siyasətin banisi isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir.
Daha sonra Gənclər və İdman İdarəsinin rəisi Əlviz Gülməmmədov da 2015-ci il ərzində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası qanununun müvafiq bəndləri,” Azərbaycan gəncliyi 2011-2015-ci illər ” Dövlət Proqramından və Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğının davamı olaraq ölkə başçısı tərəfindən 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”ndan danışaraq, Azərbaycanda gənc nəslin problemlərinin kompleks həlli onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakı üçün dövlət səviyyəsində bütün lazımi işlərin görüldüyünü diqqətə çatdırdı. Sonra Ölkə başçımızın gənclərə göstərilən gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, tarixi – mədəni irsimizin, dilimizin qorunması, milli mənəvi dəyərlərimizə sahib çıxması, istedadlı gənclərin üzə çıxarılması,gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması, gənc ailələrin sosial reabilitasiyası, sağlam həyat tərzinin təbliği,milli ruhda təhsil və tərbiyəsi”,onların yaradıcılıq axtarışlarının stimullaşdırılması və s. kimi mühüm əhəmiyyətli sahələrdən danışmışdır.
Tədbirdə Yeni Azərbaycan PartiyasıGədəbəy rayon təşkilatının Gənclər Birliyinin sədr müavini və digər gənc müəllimlərdə çıxışlarında gəncləri təbrik etdilər. Onlara gələcək işlərində uğurlar arzulayaraq bütün sahələrdə fəal olmağa çağırdılar.
Sonda bir sıra fəal gənclər Fəxri Fərmanlar və hədiyyələrlə təltif olundular.

Keçidlər