28 yanvar 2016 –cı il tarixdə Gədəbəy və Binəqədi rayonlarının bələdiyyələri arasında məqsədli və könüllü şəkildə Partnyorluq Sazişi imzalandı
Saziş “Pilot layihə” olaraq Gədəbəy və Binəqədi rayonlarının bələdiyyələri arasında məqsədli və könüllü şəkildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında göstəriş və tövsiyyələrinə uyğun olaraq daimi iş yerlərinin yaradılmasının, ölkədə süni qiymət artımının, bu sahədə inhisarçılığın qarşısının alınması, kənd təsərrüfatı mallarının bir başa istehlakçıya çatdırılması, kənd təsərrüfatı və ərzaq məhsullarının ölkə əhalisinin tələbatını ödəmək qabiliyyətinin və ölkənin kənd təsərrüfatı sektorunda məhsuldarlığın eyni zamanda rəqabətliliyin artırılması məqsədilə bağlanmışdır.