Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəyə 60-80 sm qar yağdı

05 fevral 2015 | 16:00

Respublikamızın hər yerində olduğu kimi, 30 dekabr 2015-ci il tarixində, gecə saatlarından başlayaraq Gədəbəy rayonuna da qar yağmışdır. Rayon mərkəzi də daxil olmaqla əksər kəndlərə 60-80 sm qalınlığında qar düşmüşdür. 31 dekabr , gecə saatlarında güclü küləklə müşayət olunan qar, Şəmkir-Gədəbəy magistral  avtomobil yolunu, kəndləri rayon mərkəzi  ilə birləşdirən əsas və kəndarası yolları bağlasa da, qısa müddət ərzində 33 saylı yol istismar idarəsinin texnikaları və ayrı-ayrı kəndlərdə olan texnikaların köməyilə çətinliklər aradan qaldırılmışdır. Hətta 03 yanvar 2016-cı il tarixində Şınıx bölgəsində çovğuna düşərək yolda qalmış 21 nəfər,  171 saylı hərbi hissə rəhbərliyinin qətiyyəti və vaxtında göstərdiyi köməklik nəticəsində şaxtanın əsarətindən sağ-salamat xilas olmuşlar.
Hal-hazırda bütün texnikalar yollarda işləyir,  yaranan problemlər qısa müddətdə aradan qaldırılır. Bununla bağlı Rayon rəhbərliyi və Rayon Fövqəladə Hallar Komissiyası  gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Yağan güclü qar nəticəsində Gədəbəy şəhərində və ayrı-ayrı kəndlərdə bir neçə vətəndaşın fərdi yaşayış evlərinə və yardımçı tikililərinə ziyan dəymişdir. Bununla bağlı tərəfimizdən aidiyyəti üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə məlumat verilmişdir.
Bu müddət ərzində əhalinin təbii qazla təminatında heç bir fasilə olmamışdır. Yağan qalın qar elektrik təsərrüfatına ziyan vurmuş, elektrik dayaqları və naqillər sıradan çıxmış, elektrik verilişində müəyyən fasilələr yaranmışdır. Hal-hazırda elektrik verilişi bərpa olunmuş, yaranmış problemlərin həlli istiqamətində işlər davam etdirilir.
Qar ruzi-bərəkətdir. Ümidvarıq ki, Gədəbəylilər təbiətin bu çətin sınağından da uğurla çıxacaqlar.

Keçidlər