Şriftin ölçüsü :

Saytın rəngi :

Zərifə Əziz qızı Əliyevanın 90 illik yubileyi münasibətilə tədbir keçirilmişdir

26 aprel 2013 | 15:00

Bu gün Gədəbəy rayon mədəniyyət evində Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın 90 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə  Gədəbəy rayunu İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov, idarə, müəssisə, təşkilat , hüquq – mühafizə orqanlarının rəhbərləri və digər rayon fəallarının iştirakı ilə 320 nəfər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz  Yediyarov  açaraq  görkəmli alimin Azərbaycan oftalmologiya elminə verdiyi töhfələr, müxtəlif göz xəstəliklərinin müalicə və profilaktikasına dair fundamental tədqiqatları, əldə etdiyi uğurlar, əsl örnək olan yüksək mənəvi keyfiyyətləri, onun bir qadın, ana və gözəl həyat yoldaşı kimi ailəsinə, övladlarına, ömür-gün yoldaşı - ulu öndər Heydər Əliyevə olduqca həssas, səmimi, ülvi münasibətindən danışdı.
Sonra çıxış üçün söz Akademik Zərifə Əliyeva adına Gədəbəy Mərkəzi rayon Xəstəxanasının baş həkimi Ramiz Pirverdiyevə verilmişdir. O, qeyd etmişdir ki, Zərifə xanımın təkcə respublikamızda deyil, beynəlxalq aləmdə də yaxşı tanınan alim, ziyalı, ictimai xadim kimi dəyərləndirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, akademik Zərifə xanım Əliyeva öz qayğıkeşliyi və səmimiyyəti ilə onu əhatə edən insanların rəğbətini, ehtiramını qazanıb. Onun inkişaf etdirdiyi elm sahəsinin davamçıları alimin irsindən faydalandıqlarını bildirmişdir. Anım mərasiminin sonunda Zərifə Əliyevaya və onun timsalında analara həsr edilmiş şeirlər oxunub.

Keçidlər