Şriftin ölçüsü :

Saytın rəngi :

26 dekabr 2015-ci il Gədəbəy rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə tədbir keçirildi.

30 dekabr 2015 | 16:00

Tədbirdə rayon İcra Hakimiyyəti başçısı cənab Ramiz Yediyarov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sevinc Hüseyinova, Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının vitse-przidenti Salman Əliyev, rayonun Hüquq-Mühafizə orqanları və idarə-müəssisə təşkilat rəhbələri iştirak etdilər.
Tədbiri giriş sözləri ilə RİH başçısı Ramiz Yediyarov açaraq, bütün gədəbəyliləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü  və  Yeni İl bayramı münasibəti ilə təbrik etdi. O, son illərdə Respublikamızda həyata keçirilən böyük işlərdən və  ölkə rəhbəri cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində rayonumuzda  aparılan  abadlıq-quruculuq işlərindən danışdı.
Tədbir geniş  konsert proqramı ilə davam etdirildi.

Keçidlər