Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəyin Söyüdlü kəndinin içməli su təchizatı sisteminin yenidən qurulması başa çatdırılıb.

25 dekabr 2015 | 16:00

Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardım proqramı” çərçivəsində Gədəbəyin Söyüdlü kəndinin içməli su təchizatı sisteminin yenidən qurulması başa çatdırılıb.
Dekabrın 25-də layihənin başa çatması ilə əlaqədar mərasim keçirilib. Mərasimdə çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov, Milli Məclisin deputatı Sevinc Hüseynova Yaponiya səfirliyi ilə “Gənclərin maarifləndirilmsi və təlimi” İctimai Birliyi arasında bağlanan müqavilə əsasında həyata keçirilən layihənin əhəmiyyətindən danışıb və buna görə kənd sakinləri adından Yaponiya hökumətinə minnətdarlıq ediblər.
Sakinlər kənddə içməli su təminatı sahəsində yaranan problemin həllində yaxından iştirakına görə Yaponiya hökumətinə minnətdarlıqlarını bildiriblər.
Sonda suyun verilməsini bildirən rəmzi lent kəsilib.

Keçidlər