Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirildi.

12 dekabr 2015 | 16:00

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin dünyasını dəyişməsindən 12 il ötsə də, onun əziz xatirəsi qəlblərdə daim yaşayır. Ölkəmizdə və dünyanın bir çox ölkələrində Ulu Öndərin şəxsiyyətinə böyük ehtiram əlaməti olaraq xatirə günləri, anım tədbirləri keçirilir. Həyatını doğma xalqının azdlığına, müstəqilliyinə və milli tərəqqisinə həsr etməklə hər bir azərbaycanlının qəlbində özünə möhtəşəm abidə ucaltmış, xalqın Ümummilli Liderinə çevrilmişdir.
Ulu Öndərin, Azərbaycanın hər yeri kimi Gədəbəyin də sosial-iqtisadi inkişafı ilə bağlı əvəzsiz xidmətləri olmuşdur. Bu sahədə işlər ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 
Hər il dekabrın 12-də Azərbaycanın hər yerində olduğu kimi Gədəbəydə də Ulu Öndərin anım günü qeyd edilir. Bu gün rayon İcra hakimiyyətinin başçısı Ramiz Yediyarov, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, ağsaqqallar, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət işçiləri, əmək kollektivlərinin üzvləri və minlərlə gədəbəylilər Heydər Əliyevin abidəsi önünə gələrək abidə önünə gül-çiçək dəstələri qoydular və öz ehtiramlarını bildirdilər. Sonra tədbir rayon mədəniyyət mərkəzində davam etdirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov çıxış edərək Azərbaycanın bir dövlət kimi formalaşmasında, dünya miqyasında aparıcı dövlətlər sırasında qabaqcıl yer almasında Ulu Öndərin əvəzsiz xidmətlərindən danışdı. Daha sonra məktəblilər Ulu Öndərə həsr olunmuş şeyirlər söyləmiş, videoçarxlar izlənilmişdir.

Keçidlər