Gədəbəyə qar yağdı
04 dekabr 2015 | 16:00
03 dekabr 2015-ci il tarixdə səhər saatlarında başlayaraq Gədəbəy rayonuna qar yaşmağa başlamışdır. Çovğunla müşahidə olunan qarın yağması 03 dekabr tarixdən 04 dekabr tarixə keçən gecə dayanma ilə müşahidə olunmuşdur. Hazırda dağlıq ərazilərdə qarın qalınlığı 30-35 sm və rayon mərkəzində isə 20-25 sm qalınlığında olmuşdur. Hava şəraiti ilə bağlı qaz, işıq və yol təsərrüfatının işçiləri gücləndirilmiş iş rejiminə keçib. Qarın yağması rayon əhalisinin əhval ruhiyyəsində xoş təəsüraş yaratmışdır. Nəqliyyatın hərəkətində heç bir çətinlik qeydə alınmamışdır. 04 dekabr səhər saatlarında başlayaraq hava şəraiti günəşli olması ilə müşahidə olunur.