Şriftin ölçüsü :

Saytın rəngi :

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gədəbəy rayonunda Qarabağ müharibəsi əlillərini və şəhid ailələrini fərdi yaşayış evləri ilə təmin etdi.

02 dekabr 2015 | 16:00

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gədəbəy rayonunda 2 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillləri və şəhid ailələrinin istifadəsinə verilib.
Yeni evlərin təqdim olunması zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin  müavini İlqar Rəhimov Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il 20 iyun tarixli sərəncamının uğurlu icrası istiqamətində məqsədyönlü işlərin aparıldığını vurğulayıb. Nazir müavini bildirib ki, ilin ötən dövüründə Bakı şəhərinin və eləcə də respublikamızın digər şəhər və rayonlarında artıq 180-ə yaxın mənzil müharibə əlillərinin və şəhid ailələrinin istifadəsinə verilib. O, həmçinin bildirdi ki, dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində məhz ölkə vətəndaşlarının rifah halının yüksəldilməsi prinsipi dayanır. Bunun nəticəsidir ki, dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətli inkişaf tempinə malik olan Azərbaycan Respublikasında eyni zamanda güclü sosial siyasət aparılır, mühüm sosial proqramlar icra olunur. Ölkədə müharibə əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına xidmət edən tədbirlər də ilbəil daha geniş vüsətlə davam etdirilir.
Sonda mənzillə təmin olunan müharibə əlilləri və şəhid ailələri ürək sözlərini bildirərək, hər bir sahədə daim Prezidentimizin qayğısını hiss etdiklərini vurğuladılar. Bu sahədə görülən işlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər