Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə 17 noyabr Milli Dirçəliş Günü qeyd edildi

17 noyabr 2015 | 16:00

17 noyabr Milli Dirçəliş günüdür. Bu münasibətlə Gədəbəy rayonunda tədbir keçirilmişdir. Tədbir iştirakçıları ilk olaraq ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə gül düzdülər.Tədbiri giriş sözü ilə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Yediyarov açaraq bildirdi ki, 17 noyabr - Milli Dirçəliş Günü ölkəmizin hər yerində olduğu kimi Gədəbəy rayonunda da qeyd olunur. 1988-ci il noyabrın 17-də Ermənistanın torpaq iddiaları, SSRİ rəhbərliyinin Dağlıq Qarabağ bölücülərinə dolayı dəstək verməsi, Azərbaycan hakimiyyətinin ərazi bütövlüyünün müdafiəsində qətiyyətsizliyi əleyhinə Bakıda tələbə hərəkatı fəallarının başlatdığı etiraz aksiyaları ümummilli mitinqlərlə nəticələndi. 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahdan istifadə edildi. Yüzlərlə aksiya iştirakçıları və dinc sakin vəhşicəsinə qətlə yetirildi. Amma bu hadisə xalqımızın milli qürurunu sındıra bilmədi. Əksinə, azadlıq hərəkatını daha da sürətləndirdi. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu.
Qeyd olundu ki, əslində Azərbaycanda Dirçəliş Hərəkatı 80-ci illərdən deyil, Heydər Əliyevin Azərbaycana birinci hakimiyyəti dönəmində başlamışdır. Məhz Ulu Öndərin apardığı məqsədyönlü, uzaqgörən siyasəti nəticəsində, bütün çətinliklərə baxmayaraq Azərbaycanda hərbi institut formalaşdı, yüzlərlə gənc xaricdə təhsil aldı. Əsl dirçəliş bax budur. Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra isə böhran, anarxiya içərisində boğulan dövlətimiz yenidən dirçəldi. Bütün sahələrdə tez bir zamanda islahatlar aparıldı. Bu gün də cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs uğurla davam etdirilir. Azərbaycanın bütün bölgələrində, o cümlədən  Gədəbəy  rayonunda da çox böyük infrastruktur, tikinti-quruculuq işləri uğurla aparılır.
         Sonra Ulu Öndərin həyat və yaradıcılığına həsr olunmuş film nümayiş etdirildi. Daha   sonra tədbir  Uşaq Yaradıcılıq Mərkəzinin gənc istedadlarının və rayon incəsənət nümayəndələrinin ifasında musiqi tövhələri ilə davam etdirildi.

Keçidlər