Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayon İcra Hakimiyyətində birinci rübün yekunları müzakirə olunub

24 aprel 2013 | 15:00

23 aprel 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə aprelin 23-də Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasından irəli gələn vəzifələrin icrası ilə bağlı 2013-cü ilin birinci rübündə Gədəbəy rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə iclas keçirilmişdir.
İclasda rayonun idarə, müəssisə, təşkilat , hüquq – mühafizə orqanlarının rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri və digər rayon fəallarının iştirakı ilə 320 nəfər iştirak etmişdir.
İclası giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Ramiz  Yediyarov  açaraq qeyd etdi ki, 14 aprel 2013-cü ildə Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə iclas keçirilmişdir. İclasda çıxış edən dövlət başçısı keçən ilin yekunlarını çox müsbət qiymətləndirərək Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etdiyini diqqətə çatdırmışdır. O cümlədən sosial-iqtisadi inkişafa dair Dövlət Proqramından irəli gələn vəzifələrin icrası ilə əlaqədar rüb ərzində rayonda həm sənaye, həm kənd təsərrüfatı, həm tikinti-quruculuq, abadlıq, həm də humanitar və xidmət sahələrində xeyli uğurlara və inkişafa nail olunmuşdur.
Məruzə ətrafında çıxış edən natiqlər rüb ərzində ölkə iqtisadiyyatında əldə olunan nailiyyətlərdən, möhtərəm cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin icra vəziyyətindən, bu sahədə rayonda görülmüş işlər, mövcud olan problem və çatışmamazlıqların həlli yollarından bəhs etmişlər.

Keçidlər