Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonu İcra Hakimiyyəti başçısı aparatında Bələdiyyələrlə bağlı seminar keçirildi.

12 noyabr 2015 | 16:00

Seminarda Gədəbəy rayonu İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və  yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçiləri,  Şəmkir  Regional Ədliyyə şöbəsinin əməkdaşları və bələdiyyə sədrləri və müavinləri iştirak etdi.  Seminarı giriş sözü ilə açan Şəmkir rayon Ədliyyə şöbəsinin böyük məsləhətçisi Muradov Qara Qüdrət oğlu çıxış edərək,  yerli özünüidarəetmənin təkmilləşdirilməsi ilə bağlı ölkəmizdə həyata keçirilən işlərdən, yerli sosial problemlərin həllində bələdiyyələrin iştirakı ilə bağlı qarşıda duran vəzifələrdən danışaraq sosial iqtisadi inkişaf prosesində bələdiyyələrin fəallığının ildən ilə artdığını bildirib. Natiq çıxışında yerli demokratiyanın inkişafında əldə olunan nailiyyətlərlə yanaşı bəzi bələdiyyələrin işində yol verdiyi nöqsanlardan eyni zamanda aradan qaldırılmasından, həmçinin bələdiyyələrin fəaliyyətinə maneəçilik yaradan problemlərin həll edilməsinin zəruri olduğunu bildirib. Tədbirdə bələdiyyə sahəsində yeni qanunvericilik və tətbiqi, bələdiyyə torpaqları üzərində mülkiyyət hüququnun tanınması məsələləri, kənd təsərrüfatı təyinatlı bələdiyyə torpaqlarının istifadə olunması, korrupsiya hüquq pozuntularının qarşısının alınması, bələdiyyələrdə arxiv işinin təşkili və  insan hüquqlarının qorunması işində bələdiyyələrin rolu ilə bağlı müzakirələr olub.
Seminarda iştirak edən bələdiyyə  sədirləri çıxış edərək, narahatlıq yaradan məsələlərdən, dövlət tərəfindən yerli özünüidarəetmə sektoruna yardımlar göstərilməsi xüsusi vurğulanaraq yol verilmiş nöqsanların aradan qaldırılmasının vacibliyini bildiriblər.

Keçidlər