Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda 12 noyabr Konstitusiya günü qeyd edildi

12 noyabr 2015 | 16:00

12 noyabr 2015-ci il tarixdə Gədəbəy rayonu İcra hakimiyyəti başçısı aparatında   Azərbaycan Respublikasının ilk Milli Konstitusiyasının qəbul olunması münasibəti ilə dəyirmi masa keçirildi. Tədbirdə rayon İcra Hkimiyyətinin başçısı cənab Ramiz Yediyarov, ictimaiyyətin nümayəndələri, idarə, müəssisə rəhbərləri iştirak edirdi. Tədbiri giriş sözü ilə açan RİH başçısı Ramiz Yediyarov bildirdi ki, xalqımızın ən yeni tarixində özünə layiqli yer tutan əlamətdar günlərimizdən biri də 12 Noyabr – Konstitusiya günüdür. Azərbaycan xalqının əsrlərlə arzusunda olduğu azadlıq , müstəqillik amallarını gerçəkləşdirən, onun gənc, lakin qüdrətli dövlət quruculuğu sahəsində bütün səylərinə istiqamət verən, Ulu öndərimiz Heydər Əliyevin banisi olduğu Konstitusiyamız bugünki sabitliyimizin , dövlət müstəqilliyimizin qarantıdır.Heydər Əliyev hakimiyyətə qayıdışının ilk günlərindən ölkədə zəruri islahatlar aparmağa başladı . 1995-cı ilin may ayında yeni Konstitusiyanın layihəsini hazırlayıb ümumxalq müzakirəsinə verdi .1995-ci il 12 Noyabr- Konstitusiyamızın referendum yolu ilə qəbul edilməsi günü xalqımızın həyatında tarixi bir gün oldu.Milli Konstitusiyamız bu gün çiçəklənən, inkişaf edən Azərbaycanımızın yollarına işıq salır. Qanunlarımızın aliliyi dövlətimiz, eləcə də hər bir vətəndaşımız tərəfindən qorunur. Qanunlara hörmət, dövlətə sədaqət, Vətənə məhəbbət hər bir azərbaycanlının həyat amalına çevrilir. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin ölkəmizdə apardığı uğurlu islahatlar xalqın sosial-rifah halının yaxşılaşamasına xidmət etməklə Qanunlarımızın aliliyinə söykəndiyini də qeyd etdi . Sonra digər natiqlər də Konstitusiyamızın yaranma tarixindən və ölkəmizin bu sahədə keçdiyi çətin yollardan danışdılar.

Keçidlər