Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə aşıq Zahid Rüstəmovun 70 illik yubileyi təntənəli şəkildə qeyd edildi.

07 noyabr 2015 | 16:00

Çağdaş dövrümüzdə  aşıq sənətinin inkişafında xidmətləri olan aşıqlardan biri də Zahid Aslanoğludur. Zahid Aslan oğlu Rüstəmov 1945-ci il avqustun 1-də Gədəbəy rayonunun Daryurd kəndində  anadan olub. 1960-cı ildə Daryurd kənd 7-illik məktəbini bitirdikdən sonra 1962-ci ildə Xanlar pedoqoji texnikumuna daxil oimuşdur. Oxuduğu müddətdə Xanlar rayon pedoqoji texnikumunda fəaliyyət göstərən özfəaliyyət dərnəyinin rəhbəri olmuşdur.
           1963-cü ildə Bakı şəhərində keçirilən olimpiadada iştirak etmiş və birinci yerə çıxmışdır. Xanlar pedoqoji texnikumunda oxuyarkən yaxşı çıxışlarına görə rayon komsomol təşkilatının fəxri fərmanını almışdır.
          1966-cı ildə Xanlar pedoqoji texnikumunu bitirib, azad təyinatla Gədəbəy rayonuna gəlmisdir. Həmin vaxtdan Daryurd kənd səkkizillik məktəbinə müəllim təyin olunmuşdur. İstedadlı saz ustası olduğuna görə Respublika Xalq Yaradıcılığı Evinin diplomunu almışdır.
         1972-ci ildə Aşıq Ələsgərin Moskvada keçirilən 150-illik yubileyinin medalı ilə təitif olunmuş, 1975-77-ci illərdə keçirilən ümumittifaq festivalının iki dəfə laureatı olmuş və qızıl medal almışdır. Zahid Aslanoğlu uzun illərdən bəri Gədəbəy asıqlar ansamblının üzvüdür. Azərbaycan Dövlət Televiziyası və Radiosunda o, sehrkar sazı ilə həmişə yadda qalan çıxışlar etmişdir. Hal-hazırda Gədəbəy rayonunun Daryurd  kəndində yaşayıb fəaliyyət göstərən aşıq Zahid Rüstəmov öz sənətini böyük həvəslə yeniyetmələrə öyrədir, 20-dək şagirdi var. Yubiley tədbirində Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun  “Aşıq şöbəsi”nin müdiri Elxan Məmmədli  və  Azərbaycan Respublikası  Aşıqlar Birliyi “Mətbuat birliyi”nin  sədri  Musa Nəbi oğlu və digər qonaqlar iştirak etmişdir.

Keçidlər