“9 noyabr – Dövlət Bayrağı Günü” münasibəti ilə Gədəbəy rayonu İcra Hakimiyyəti başçısı aparatında dəyirmi masa keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev Dövlət Bayrağı gününün tarixi əhəmiyyətindən danışaraq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabr ayının 17-də imzaladığı sərəncama əsasən “09 noyabr Bayraq Günü” bu gün ölkəmizdə Dövlət bayramı kimi qeyd olunur. Sonra rayon İcra Hakimiyyəti başçısının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüsal Musayev məruzə ilə çıxış edərək bildirmişdir ki, 1991-ci ilin fevral ayının 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında qanun” qəbul etmişdir. Məruzə ətrafında çıxış edən natiqlər milli suverenliyimizin simvolu olan dövlət atributlarına ölkəmizin bütün vətəndaşları kimi gədəbəylilərin də hörmət və məhəbbət bəslədiyini bir daha vurğulamışlar.