Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunun Parakənd və Leşkər kəndlərinə də ilk dəfə olaraq təbii qaz verilib.

23 oktyabr 2015 | 15:00

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov,   Şəmkir  regional Qaz İstismar İdarəsinin nümayəndəsi Orucəli Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Gədəbəy rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığını, bir-birinin ardınca rayonun kəndlərinin qazlaşdırıldığını      qeyd etmişdir.  Tədbirdə kənd sakinləri   çıxış edərək kəndə təbii qaz verilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
   492 abonenti olan Parakənd və leşkər kəndlərinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında müxtəlif diametrli 36499 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 492 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Şəmkir  regional Qaz İstismar İdarəsinin nümayəndəsi Orucəli Məmmədov   ilə birlikdə kəndə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli yandırmışlar.

Keçidlər