22.10 .2015-ci il tarixdə Gədəbəy rayonunda doqquz ayın sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Gədəbəy rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın, rayonun idarə və müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, İƏD üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunub. İclası giriş sözü ilə açan Gədəbəy rayonu İcra Hakimiyyətinin Başçısı Ramiz Yediyarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat vermişdir. Sonra RİH başçısının müavini sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüsal Muasayev hesabat mərzəsini oxuyaraq qeyd etmişdir ki, 2015-ci ilin doqquz ayında Gədəbəy rayonunda sosial-iqtisadi inkişafla və infrastrukturun yaradılması ilə bağlı həyata keçirilən işlər davam etmiş, İsalı və Moruxlu kəndlərində 180 şagird yerlik tam orta məktəblər və Gədəbəy şəhərində 100 yerlik uşaq bağçası istifadəyə verilmişdir. Novosaratovka kəndində 100 yerlik uşaq bağçasının tikintisi davam etdirilir. Eyni zamanda rayonumuzda aparılan abadlıq işləri davam etdirilmişdir. Belə ki, Şəhidlər xiyabanında və Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə həsr edilmiş “Ana” abidə kompleksində əsaslı təmir işləri , Zərifə Əliyeva və 20 yanvar küçələrində yenidən qurma işləri aparılmış,hal-hazırda Şəhər mərkəzində yeni istirahət parkının tikintisi, Mədəniyyət və Turizm şöbəsinin yerləşdiyi inzibati binanın üzlənməsi davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmiş və regionların inkişafına yönəlmiş 3-cü Dövlət Proqramında Gədəbəy rayonunun inkişafını təmin edən 17 tədbirin icrası nəzərdə tutulmuşdur.Hesabat dövrü ərzində Proqramın icra ilə bağlı müvafiq tədbirlər həyata keçirilimişdir. Vüsal Musayev həmçinin Hesabat dövrü ərzində rayonda sosial məsələlər daim diqqət mərkəzində saxlanıldığını da bildirdi. Hesabat məruzəsi dinlənildikdən sonra məruzə ətrafında rayon təhsil şöbəsinin müdiri və digər natiqlər çıxış etmişlər.