Gədəbəy rayonu İcra hakimiyyətinin başçısı cənab Ramiz Yediyarov sahibkarlarla görüşdü
Görüşdə RİH başçısı cənab Ramiz Yediyarov Ölkə Prezidenti cənab İlham Əliyevin respublikamızda sahibkarlığın inkişaf etdirilməsi, onların fəaliyyətinə müdaxilələr edilməməsi, sahibkarlar üçün yerlərdə münbit şəraitin yaradılması barədə tapşırıqlarının cəbhə bölgəsində yerləşən Gədəbəy rayonunda da daim diqqət mərkəzində saxlanıldığını dedi. Rayonda görülən işlər, həyata keçirilən tədbirlər məhz ölkə başçısının tapşırıq və tövsiyyələrinə uyğun aparıldığını, sahibkarların daha da yaxşı işləmələri üçün şərait yaradıldığını bildirdi. Ramiz Yediyarov ölkəmizin iqtisadi inkişafının sahibkarların gördükləri işlərdən asıllığını da bildirdi. O, həmçinin qeyd etdi ki, sahibkarlara yaradılan şəraitin nəticəsidir ki, hazırda yüzlərlə şəxs rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, sahibkarlar rayonun iqtisadiyyatının möhkəmləndirilməsində yaxından iştirak edirlər. Onlarla insan rayonda kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, sahibkarlıq fəaliyyətlərini genişləndirirlər. Gədəbəy rayonunda sahibkarların fəaliyyəti, onların sərbəst işləmələri üçün heç bir maneə yoxdur, əksinə onların sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq rayonun inkişafına təkan vermələri üçün hər cür şərait yaradılır.
Gədəbəy aqrar rayondur. Rayonda sahibkarlar və iş adamları əsasən taxılçılıq, heyvandarlıq, kartofçuluq, və ticarətlə məşğul olurlar. 2015-ci il respublikamızda kənd təsərrüfatı ili elan olunmuşdur. Sahibkarlara yaradılan şəraitin nəticəsidir ki, bu il rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları yüksək nəticələr əldə etmişlər. RİH başçısı sahibkarlara yaradılan şəraitin, dövlət tərəfindən onlara ayrılan subsidiyaların ədalətli, şəffaf verilməsi nəticəsində mümkün olduğunu da bildirdi. Sonda sahibkarların fikir və təklifləri də dinlənildi.