17.10. 2015-ci il tarixdə Gədəbəy rayonunun Nərimankənd kəndinə təbii qaz verilişinin açılışı olmuşdur.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov, Şəmkir regional Qaz İstismar İdarəsinin nümayəndəsi Orucəli Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Gədəbəy rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığını, bir-birinin ardınca rayonun kəndlərinin qazlaşdırıldığını və yaxın günlərədə rayonun Parakənd kəndinədə təbii qaz veriləcəiyini qeyd etmişdir. Tədbirdə kənd sakinii Sahib Hüseynov çıxış edərək kəndə təbii qaz verilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə Şəmkir regional Qaz İstismar İdarəsinin nümayəndəsi Orucəli Məmmədov çıxış edərək 210 abonenti olan kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3 min 517 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 18 min 500 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 210 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdığını bildirib bə sakinləri kəndə təbii qaz verilişi ilə əlaqədar təbrik etmişdir.
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Şəmkir regional Qaz İstismar İdarəsinin nümayəndəsi Orucəli Məmmədov ilə birlikdə kəndə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli yandırmışlar.