Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə mütəmadi olaraq vətəndaşlarla görüşür keçirir .
Növbəti səyyar qəbul-görüşü 14 oktyabr tarixdə Gədəbəy rayonunun Söyüdlü kəndində keçirilmişdir.
Görüşdə rayonun idarə, müəssisə və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Səyyar qəbulda çıxış edən Ramiz Yediyarov bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini, vətəndaş müraciətlərinə həssas münasibət göstərildiyini bildirmişdir. Cəbhə bölgəsində yerləşən Gədəbəy rayonunda ictimai nəzarətin yüksək səviyyədə olduğunu qeyd edən Ramiz Yediyarov vətəndaşların müraciətlərinin təkcə onların problemlərinin həllinə deyil, eyni zamanda ölkənin inkişafına da təkan verən əsas amillərdən biri olduğunu vurğulamışdır.
Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlərin bəziləri rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülmüşdür.
Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.