Gədəbəy rayonunda 31 mart soyqırımı günü ilə əlaqədar tədbir keçirilmişdi.
Tədbiri Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov açdı. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
R.Yediyarov çıxışında vurğuladı ki, Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da 31 mart soyqırımı gününü kədər və hüzn, tarixi yaddaş günü kimi qeyd edirik.
Erməni- şovinist millətçilərinin azərbaycanlılara qarşı soyqırım siyasətinin 200 ildən artıq tarixi vardır. Bu mənfur siyasətin qayəsi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, bu ərazilərdə mifik “Böyük Ermənistan” yaratmaq olmuşdur.
Xalqımızın xilaskar oğlu, tarixi şəxsiyyəti, ulu öndər Heydər Əliyevin imzaladığı 26 mart 1998-ci il tarixli Fərmanı ilə azərbaycanlılar qarşı törədilmiş soyqırımı hadisələrinə əsl siyasi qimət vermiş, 31 mart günü hər il ölkəmizdə azərbaycanlıların soyqırımı günü elan edilmişdi.
Soyqırım qurbanlarının əziz xatirəsi qarşısında baş əyirik. Allah onlara rəhmət etsin, qəbirləri nurlu olsun!