Şriftin ölçüsü :

Saytın rəngi :

07.10.2010-ci il tarixdə Gədəbəy rayonunda hərbi xidmətə yola düşən gənc çağırışçıların yola salınma mərasimi keçirildi

07 oktyabr 2015 | 15:00

Tədbirdə rayon icra hakimiyyətinin başcısı, valideynlər və gənc çağırışçılar iştirak edib. Heydər Əliyev parkının önündə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov çıxış edərək, hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırıb, gənclərə vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi arzulayıb.
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy Rayon Şöbəsinin rəisi İslam Məmmədov gənclərin hərbi xidmətə böyük həvəslə getmələrini ordu quruculuğundakı uğurların nəticəsi kimi qiymətləndirib. Hərbi xidmətə yola düşən gənclərin valideynləri çıxış edərək, övladlarının hərbi xidmətə yola düşmələrindən qürur duyduqlarını söyləyiblər və onlara vətənin layiqli əsgəri olmağı tövsiyyə ediblər. Bədii proqramdan sonra çağırışçı gənclər Azərbaycan bayrağı və müqəddəs Quranın altından keçiblər.
Hərbi xidmətə yola düşən gənc çağırışçılar da vətənə layiqli bir övlad kimi xidmət edəcəklərini bildiriblər.
Tədbir rayonun incəsənət ustalarının ifasında musiqili proqram verilib.
Gənc əsgərlərin həqiqi hərbi xidmətə çağrılması ayın sonuna kimi davam edəcək.

Keçidlər