Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda əhalinin problemlərinin həlli məqsədilə kəndlərdə mütəmadi olaraq görüşlər keçirilir

16 sentyabr 2015 | 15:00

Cəbhə bölgəsində yerləşən Gədəbəy rayonunda əhalinin problemlərinin həlli məqsədilə kəndlərdə mütəmadi olaraq görüşlər keçirilir, ardıcıl tədbirlər görülür.
Belə görüşlərdən biri də sentyabrın 16-də rayonun Dəyirmandağ kəndində keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov Gədəbəy rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən,  sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıdan danışmış, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.

Keçidlər