15 sentyabr “Bilik Günü” münasibətilə Gədəbəy rayonu Moruxlu kənd tam orta məktəbin açılışı olub
Gədəbəy rayonu Moruxlu kənd tam orta məktəbin təntənəli açılışı olub. Tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov, təhsil işçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov 15 sentyabr – “Bilik Günü” və məktəbin açılışı münasibəti ilə təhsil işçilərini, məktəbliləri, valideynləri təbrik edib, onlara yeni dərs ilində müvəffəqiyyətlər arzulayıb. Ölkə Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təhsilə və mədəniyyətin inkişafına çox böyük diqqət, qayğı göstərdiklərini, Gədəbəy rayonunun da bu qayğıdan bəhrələnərək ilbəil öz nailiyyətlərini artırdığını vurğulayıb.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, ölkənin birinci xanımı,Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya ölkəmizin inkişafına, təhsilin səviyyəsinin yüksəldilməsinə, Azərbaycanın qüdrətlənməsinə göstərdiyi xidmətlərə görə dərin minnətdarlıqlarını ifadə ediblər. Bildiriblər ki, onlara göstərilən etimadı layiqincə doğruldacaq, Vətənə layiqli vətəndaşlar yetişdirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.
İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov bu il məktəbə gedən birincilərə içində məktəbli ləvazımatı olan məktəbli çantaları hədiyyə etmiş və məktəbin açılışı münasibətilə lenti kəsib. Sinif otaqlarında və fənn kabinetlərində yaradılan şəraitlə tanış olub, şagird və müəllimlərlə səmimi söhbətlər aparıb, dəyərli tövsiyələrini verib.