Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi gəncləri Gədəbəydə

05 sentyabr 2015 | 15:00

5 sentyabr  tarixdə  “Binəqədi Gənclərinin II Liderlik Məclisi” layihəsi Gədəbəydə uğurla davam etdirildi.
Gəncləri mərkəzi parkın önündə Gədəbəy RİH   Başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılası  şöbəsinin müdiri Vüsal Musayev qarşıladı. Gənclər ilk olaraq parkda yerləşən çay evində  təşkil olunmuş çay süfrəsinə dəvət olundular.  Sonara Aşıq musiqi məktəbinin önündə RİH başçısı Ramiz Yediyarovla görüşdulər və RİH başçısı  gəncləri  Gədəbəy rayonunun tarixi və coğrafi şəraiti, rayonda həyata keçirilmiş və hazırda həyata  keçirlən layihə  barədə ətraflı məlumatladırdı.
Binəqədi Rayon Gənclər və İdman İdarəsi ilə Gədəbəy  Rayon Gənclər və İdman İdarəsi arasında “Əməkdaşlıq Memorandumu” imzalandı.

Keçidlər