Şriftin ölçüsü :

Saytın rəngi :

03 sentyabr 2015-ci il tarixdə rayonun ümumtəhsil məktəblərindən ali məktəblərə qəbul olan tələbələrlə Gədəbəy rayonu İcra Hakimiyyəti başçısının görüşü keçirildi.

03 sentyabr 2015 | 15:00

Tədbirdə Gədəbəy rayonu İcra Hakimiyyətinin Başçısı Ramiz Yediyarov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, Gədəbəy RİH başçısı aparatının işçiləri, ümumtəhsil məktəblərinin məzunları, müəllimlər və Təhsil şöbəsinin məsul işçiləri iştirak etdilər.
Tədbirdə RİH  Başçısı Ramiz Yediyarov çıxış edərək, tələbə adını qazanmış məzunları və müəllimləri təbrik etdi və bildirdi ki, Respublikamızda təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi Ulu Öndər Heydər Əliyevin daim diqqət mərkəzində olmuş və bu vəzifələr hazırda Respublikamızın Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirdi.   
Sonra Gədəbəy rayon Təhsil şöbəsinin müdiri Baxış  Nağıyev çıxış edərək, bildirdi ki, ölkədə məktəb tikintisi və məktəblərin maddi-texniki bazasının  möhkəmləndirilməsi geniş vüsət almışdır. Dünyanın heç bir yerində  Azərbaycanda olduğu kimi yeni məktəblər tikilmir. Təhsil şəraitinin yaxşılaşdırılması, yeni məktəb binalarının istifadəyə verilməsi ümumitəhsilə və onun daha da yüksək səviyyədə qurulmasına qayğılı münasibətin təzahürü kimi qiymətləndirilir. Bu sahədə Gədəbəy rayonunda da bir sıra işlər görülmüşdür. Bunun bariz nümunəsidir ki, bu il 377 nəfər məzun ali məktəblərə sənəd  qəbulunda iştirak etmiş və onlardan 211 nəfəri “tələbə” adına layiq görülmüşdür. Sevindirici haldır ki, onlardan  31  nəfəri  500-dən çox, 7 nəfəri isə 600-dən çox bal toplayaraq yüksək nəticə əldə etmişlər.Tədbirin sonunda  yüksək bal toplayan tələbələr  Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırıldılar. Sonda RİH başçısı və tələbələr birgə xatirə şəkili çəkdirdilər.

Keçidlər