Şriftin ölçüsü :

Saytın rəngi :

16 mart 2013-cü ildə Gədəbəy rayonunda Heydər Əliyev adına mərkəzi parkda Novruz bayrami münasibətilə tədbir keçirilmişdir.

17 mart 2013 | 16:00

16 mart 2013-cü ildə  Gədəbəy rayonunda Heydər Əliyev adına  mərkəzi parkda Novruz bayrami münasibətilə tədbir keçirilmişdir.
Bayram tədbirini giriş sözü ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Yediyarov  açaraq   Novruz  bayramı münasibəti ilə hörmətli Prezidentimiz cənab İlham Əliyev başda olmaqla xalqımızı, həmçinin bütün Gədəbəy camaatını səmimi qəlbdən təbrik etdi və bayram tonqalını alışdırdı.
Bayram tədbirinin bədii hissəsi olduqca maraqlı keçdi. Kosa, keçəl və bahar qızının şən və məzəli çıxışları, müğənnilərin həzin və şən mahnıları tədbir iştirakçılarında xoş əhval – ruhiyyə yaratdı.

Keçidlər