Şriftin ölçüsü :

Saytın rəngi :

15 avqust 2015-ci il tarixdə Gədəbəy rayonu İcra hakimiyyəti başçısı aparatında Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüş keçirilmişdir.

15 avqust 2015 | 15:00

Görüşdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
     Tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi yad edildi.
   Görüşdə çıxış edən Gədəbəy rayonu İcra hakimiyyətinin başçısı cənab Ramiz Yediyarov çıxış edərək,  son illər ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısından danışdı. O, bildirib ki,  bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderimiz tərəfindən 1994-cü il avqust ayının 26-da imzalanan "Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında" fərmanı müharibə əlillərinin sosial ehtiyaclarının ödənilməsi istiqamətində atılan ilk addım oldu. Həmin fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verildi. Bu gün də Dövlət başçısı Cənab  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması və dövlət tərəfindən  hər cür qayğı ilə əhatə olunması təşkil edir.
    Tədbirdə həmçinin, Qarabağ müharibəsi əlilləri və veteranları da çıxış edərək, onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər