31 iyul 2015-cüi il tarixdə Gədəbəy rayon Məşğulluq Mərkəzi Gədəbəy rayon İcra Hakimyyəti ilə birlikdə Gədəbəy rayonunun Mədəniyyət evinin foyesində «Əmək Yarmarkası» keçirmişdir.
31 iyul 2015 | 15:00
“Əmək Yarmarkası”na 34 müəssisədən (20 dövlət, 5 qeyri dövlət, 9 fiziki şəxs) 249 iş yeri təqdim olunmuşdur. Yarmarkada 250-ə yaxın işaxtaran və işsiz vətəndaş iştirak etmişdir. Təqdim olunmuş vakant iş yerlərindən 42 fəhlə peşələri , 207-i isə qulluqçu vəzifələri olmuşdur.
Təqdim olunmuş iş yerlərinə 55 nəfərə göndəriş verilmiş, 1 nəfəri kvota yerinə, 15 nəfəri isə peşə hazırlığı kursuna cəlb edilməsi nəzərdə tutulmuşdur.