30 iyul 2015-ci il tarixdə Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısı Ramiz Yediyarovun növbəti səyyari görüşü rayonun İsalı kəndində keçirilmişdir.
Görüşdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Polkovnik Abdulla Qurbani, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən öz razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər. Sonra kənddə olan problemlərin həlli istiqamətində təkliflər verdilər. Daha sonra RİH başçısı Ramiz Yediyarov bildirib ki, səyyar qəbulun keçirilməsində məqsəd kənd ərazisində yaşayan əhalinin problemlərini yerindəcə öyrənmək, onların qaldırdıqları problemlərin operativ həlli ilə əlaqədar müvafiq tapşırıqların verilməsi və onların həllinin təmin olunmasıdır.
Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həllini tapmış, digər məsələlərin həlli istiqamətində isə aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.