Şriftin ölçüsü :

Saytın rəngi :

27.07.2015-ci il tarixdə Gədəbəy rayonunda 6 ayın sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir

27 iyul 2015 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Gədəbəy rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın, rayonun idarə və müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, İƏD üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunub. İclası giriş sözü ilə açan Gədəbəy rayonu İcra Hakimiyyətinin Başçısı Ramiz Yediyarov  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat vermişdir.
Sonra RİH başçısının müavini sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüsal Muasayev hesabat mərzəsini oxuyaraq qeyd etmişdir ki, 2015-ci ilin birinci yarısında Gədəbəy rayonunda sosial-iqtisadi inkişafla və infrastrukturun yaradılması ilə bağlı həyata keçirilən işlər davam etmişdir. İsalı kəndində 180 şagird yerlik tam orta məktəb və Gədəbəy şəhərində 100 yerlik uşaq bağçası istifadəyə verilmiş,180 şagird yerlik Moruxlu kənd tam orta məktəbinin tikintisi davam etdirilir.
Eyni zamanda rayonumuzda aparılan abadlıq işləri davam etdirilmişdir. Belə ki, Şəhidlər xiyabanında və Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə həsr edilmiş “Ana” abidə kompleksində əsaslı təmir işləri , Zərifə Əliyeva və 20 yanvar küçələrində yenidən qurma işləri aparılmışdır.Hal-hazırda Şəhər mərkəzində yeni istirahət parkının tikintisi üçün hazırlıq işləri aparılır.
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmiş və regionların inkişafına yönəlmiş 3-cü Dövlət Proqramında Gədəbəy rayonunun inkişafını təmin edən 17 tədbirin icrası nəzərdə tutulmuşdur.Hesabat dövrü ərzində Proqramın icrası ilə bağlı müvafiq tədbirlər həyata keçirilimişdir.
Hesabat dövründə Gədəbəy şəhərində su və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı işlərə başlanılmış və  Qumlu yaşayış massivində su və kanalizasiya xətlərinin tikintisi 85 % başa çatdırılmışdır. Rayon mərkəzində mövcud olan su anbarı yerləşən ərazidə 2 ədəd 500 m3 su anbarı tikilmiş, hal-hazırda son tamamlama işləri aparılır.1 ədəd idarəetmə otağının tikintisi  başa çatmaq üzrədir. 1 ədəd çirkab su təmizləyici nasos stansiyasının tikintisi aparılır.
      14770 m məsafədən “Südlübulaq” su mənbəyindən layihələndirilmiş magistral su xəttinin 10300 metri çəkilmişdir. Mənbədə suqəbuledici qurğunun tikintisi başa çatmaq üzrədir.İşlər davam etdirilir.
Qeyd edim ki, 110/35/10 kv-luq yarımstansiyanın tikintisinə başlanılmışdır. Bundan əlavə Gədəbəy şəhərində 0,4 kv-luq hava xəttində “Sip”ləşmə ilə əlaqədar olaraq X.Haqverdiyev küçəsində 125 ədəd yeni dayaq quraşdırılmış, 3,1 km kabel xətti çəkilmişdir. 
Hesabat məruzəsi dinlənildikdən sonra məruzə ətrafında rayon təhsil şöbəsinin müdiri və digər natiqlər çıxış etmişlər.

Keçidlər