Şriftin ölçüsü :

Saytın rəngi :

İyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə Gədəbəy rayonunda tədbir keçirilmişdir.

26 iyun 2015 | 15:00

İyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə   Gədəbəy rayonunda “N” saylı hərbi hissədə əsgər və zabitlərinin iştirakı ilə  tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı  cənab Ramiz Yediyarov, “N” saylı hərbi hissənin komandiri polkovnik- leytenant  Oruc Bağırov    26 İyun Silahlı Qüvvələr Günü münasibətilə tədbir iştirakçılarını və şəxsi heyəti təbrik etmiş, ulu öndər Heydər Əliyevin milli ordumuzun formalaşması, Silahlı Qüvvələrimizin gücləndirilməsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərindən söhbət açmışlar.   Prezident İlham Əliyevin ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsinə göstərdiyi diqqət və qayğını, ordu ilə xalqın birliyini xatırlatmış, Azərbaycan Ordusunun bugünkü nailiyyətləri ilə xalqımızın qürur hissi keçirdiyini vurğulamışlar. Sonda “N” saylı hərbi hissənin kəşfiyyatçı qrupu   nümunəvi çıxışlar etmişlər. Daha sonra  rayon İcra hakimiyyətı başçısı və “N” saylı hərbi hissənin komandiri tərəfindən bir sırı hərbi qulluqçulara   hədiyyələr verilmişdir. Tədbir  konsert proqramı ilə davam etditilmişdir. Bayram konsertində   Vətənə və dövlətə sədaqət, hərbi xidmət barədə mahnılar ifa edilmiş, gənc əsgərlərin ifasında şən mahnılar səsləndirilmişdir.

Keçidlər